Kateqoriyasız

Qurban Qurbanov: “Futbolçularımı bağrıma basıram”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrənin “Sürix” klubuna qaşrı cavab matçından (2:2, ilk oyun 3:2) sonra fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, o, oyunsonrası mətbuat konfransında bunları deyib:

“Bu oyundan və futbolçularımdan çox danışmaq olar. Futbolçularımı bağrıma basır, hamısını təbrik edirəm. Bu gün təkcə oyun yox, yaxşı mübarizə, “Qarabağ”a layiq inam gördük. Meydanda güclü kollektiv var idi. Futbolçularımı döyüşçü adlandırıram. 90 dəqiqə yox, 120 dəqiqə döyüşdülər. Futbolçularım növbəti mərhələyə layiq idilər. Şükürlər olsun, hər şey bizim tərəfimizdə oldu. Bizə uyğun olmayan rəqibə qarşı oynayırdıq. Top daha çox havada olursa, bu, bizim üçün xoş deyil. Buna baxmayaraq, öhdəsindən gələ bildik. Bütün “Qarabağ” azarkeşlərini, bütün azərbaycanlıları təbrik edirəm. Futbolçularımı bağrıma basıram. “Sürix”ə gələcək oyunlarda uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43