Ölkə futbolu

Qurban Qurbanov: “Rəşad Sadıqov oynamayacaq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə ilk oyun öncəsi komandanın zədəli futbolçuları ilə bağlı açıqlama verib.

İdmanxeber.az-ın sport24.az-a istinadən yaydığı xəbərə görə, o deyib:

“Simeon Slavçevlə Dani Kintana “Sportinq”lə oyunu dəqiq buraxacaq. Ancaq Slavçev artıq fizioterapevtin nəzarəti altında qaçmağa başlayıb. Dani də bərpa prosesi keçir. Miçel isə 2 gündür komandayla məşq edir”.

Baş məşqçi kapitan Rəşad Sadıqovun oynamayacağını da dilə gətirib:

“Dizindən zədə alıb. Azı 4-5 gün dincəlməlidir. Amma o, bir daha müayinədən keçəcək. Görünən odur ki, qarşıdakı oyunu buraxacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43