İdman

Rəşad Sadıqov: “Səfərdən qələbə ilə qayıtmaq isə qürurvericidir”

“Bütün xalqımızın gözü bu oyunda idi. Hamını qələbə münasibəti ilə təbrik edirəm. Bizim üçün heç-heçə də sərfəli nəticə idi. Ancaq səfərdən qələbə ilə qayıtmaq isə qürurvericidir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov PAOK-la oyundan (1:0) sonra deyib.

Təcrübəli futbolçus zədəsi ilə bağlı da danışıb. O, PAOK-la oyunda meydana çıxacağını son anda bildiyini qeyd edib:

“Matçın başlmasına  2 saat qalmış bildim ki, oynayacam. Qurban müəllim məndən vəziyətimi soruşdu. Dedim ki, məni meydana buraxmaq istəsəniz, yox deyə bilmərəm. O anda da Qurban müəllim bir söz demədi. Optimal formada deyildim”.  

“Heç kim arxayınlaşmamalıdır. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Çox ciddi hazırlaşmalıyıq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43