Dünya futbolu

Reynaldo baş məşqçisiz qaldı

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

İdmanxeber.com-un məlumatına  görə, Superliqada çıxış edən “Adanaspor”un baş məşqçisi Levent Şahin istefa verib. O, ölkə çempionatının 27-ci turunda “Şaykur Rizzespor”a 1:3 hesabı ilə uduzduqları matçdan sonra bu qərarı verib.

Xatırladaq ki, qış fasiləsində “Qarabağ”dan “Adanaspor”a keçən Reynaldo  “Çaykur Rizəspor”la görüşün son 20 dəqiqəsində meydanda olub.

Qeyd edək ki, “Adanaspor” 27 turdan sonra  20 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43