Milli komanda

Rövnəq Abdullayev söz verdi, vədə əməl olunmadı

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Maltanı iki cavabsız qolla məğlub edərək, cari tskildə ilk qələbəsini qazanan milli komandamızın futbolçuları onlara söz verilən 30 min manatlıq “premya”nı ala bilməyiblər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, AFFA prezidenti Rövnəq Abdullayev Maltayla oyundan sonra qələbə qazanan millimizin paltardəyişmə otağına yollanaraq futbolçuları təbrik edib. Qurum başçısı qələbə münasibəti ilə start heyətində meydana çıxan futbolçuların hər birinə 30 min, ehtiyatda oturan oyunçulara isə 15 min manat mükafat vəd edib. Məhz bundan sonra futbolçular Abdullayevi həm təbrikə, həm də mükafata görə alqışlamağa başlayıblar. AFFA prezidentinin bu mükafatı futbolçulara matçdan iki gün sonra, yəni martın 30-u verilməsi ilə bağlı göstəriş verib. Lakin futbolçular sözügedən “premya”nə əldə edə bilməyiblər. Dünən mükafatlarına qovuşmalı olan milli üzvləri AFFA-dan gələcək zəngi gözləyirlər. 

AFFA-da bilinməyən səbəblərdən mükafatı vermək yubanır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43