Ölkə futbolu

Rusiya mətbuatı Ramin Musayevi də dindirdi: “Bizim hər futbolçuya 127 min dollar verəcək qədər pulumuz yoxdur!”

“Rusiya ilə oyunun xüsusi prinsipiallıq daşıması ilə bağlı söylənilən fikirləri çox şişirdilmiş hesab edirəm. Biz ruslara qarşı böyük hörmətlə yanaşırıq. Çox şadıq ki, onlar dünya çempionatının bir addımlığındadırlar”.

Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

PFL başqanı qələbəyə görə hər futbolçuya 172 min dollar mükafatın veriləcəyinin yalan məlumat olduğunu bildirib

Musayev rusiyalı jurnalistin “nəyə görə məhz Rusiya ilə oyunda oyunçularınıza rekord məbləğdə – 127 min dollar mükafat vəd olunub” – sualını belə cavablandırıb:

“Bu məlumat mətbuatda yayılıb, biz deməmişik. Belə məbləğdən söhbət getmir. Bizim hər futbolçuya 127 min dollar verəcək qədər pulumuz yoxdur! Lakin qonorar məsələsinə həqiqətən baxılıb. Burda qeyri-adi nə var ki? Bu, dünya praktikasında görünən normal haldır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43