Kateqoriyasız

“Səbəbini araşdıracağıq” – Mahmud Qurbanov

“Oyuna heç də yaxşı başlamadıq. Oyun ərzində müdafiəyə meyilli oynadıq. Ancaq məqsədimiz bu deyildi. Səbəbini araşdıracağıq. Qol buraxandan sonra hücuma atıldıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Misli Premyer Liqasının 14-cü turunda “Zirə”yə məğlub olan (0:1) “Səbail”in baş məşqçisi Mahmud Qurbanov deyib.

Qurbanov futbolçularının müdafiəyə meyilli oynamasına da toxunub:

“Dünyanın sonu deyil. Biz çalışacağıq ki, nəticələrimizi yaxşılaşdıraq. Vingerlərə ehtiyacımız var. Çalışacağıq ki, bunu yoluna qoyaq. Qarşıdakı matç “Neftçi” ilə oynayacağıq. Digər matçlara necə hazırlaşmışıqsa bunu da elə hazırlaşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43