Kateqoriyasız

“Səbail” millimizin üzvü ilə müqaviləni pozdu

“Səbail” futbolçusu Şəhriyar Rəhimovla yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Rəhimovun paytaxt təmsilçisi ilə 2021-ci ilin mayına qədər sözləşməsi var idi.

Qeyd edək ki, milli komandamızın üzvü 2018-ci ildən “Səbail”də çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43