Ölkə futbolu

“Səbail” Türkiyəyə gedir – üç rəqib məlumdur

“Səbail”in qış hazırlıq planı müəyyənləşib.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı görə, paytaxt təmsilçisi təlim-məşq toplanışı üçün yanvarın 12-i Antalyaya gedəcək. Yanvarın 25-nə qədər olacaq hazırlıq prosesində komandanın 3 yoxlama görüşü oynaması planlaşdırılıb.

“Səbail”in ilk rəqibi Macarıstan təmsilçisi “Aqvital Csakvar” olacaq. Bu görüş yanvarın 15-də keçiriləcək. Bakı təmsilçisi yanvarın 21-i “Desna” (Ukrayna), yanvarın 24-ü “Kaysar”la (Qazaxıstan) qarşılaşacaq.

Qeyd edək ki, “Səbail” Topaz Premyer Liqasının ilk hissəsini 21 xalla 3-cü pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43