Topaz Premyer Liqasının IV turuna start verilib.
İdmanxeber.az-ın məlumatına görə, ikinci oyun günündə də “Səbail” öz meydanında “Zirə” ilə qarşılaşıb. Matçda hesabı qonaq komanda açıb. Pərdis Azad 68-ci dəqiqədə penaltidən fərqlənərək komandasını hesabda önə keçirib. Görüşün 84-cü dəqiqəsində isə ev sahibi komandanın oyunçusu Rahid Əmirquliyev “Səbail”ın cavab qolunu vuraraq hesaba tarazlıq gətirib. Oyunun qalan dəqiqələrində isə başqa qol olmayıb. Matç 1:1 hesabı ilə sona çatıb.
Topaz Premyer Liqası
IV tur
15 sentyabr (şənbə)
20:30. “Səbail” – “Zirə” 1:1
QOL: Pərdis, 68 pen.(0:1) Rahid Əmirquliyev , 84 (1:1)
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
“Bayıl Arena”