Kateqoriyasız

“Sərt rəqibə qarşı oynadıq” – “Qarabağ”a qol vuran futbolçu

“Müdafiədən bütün gücümüzdə istifadə etməli olduq. Sərt rəqibə qarşı oynadıq”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  “Ferentsvaroş”un futbolçusu Frank Boli Bakıda “Qarabağ”la ilk görüşündən sonra deyib.

Komandasının qolunu vuran 29 yaşlı hücumçu evdə azarkeşlərinin önündə oynayacaqlarını üstünlük olacağını da bildirib: “Baş məşqçi mənə sağ cinahda mərkəzə yardımçı olmağı dedi. Mən də bu təlimatlara əməl etdim”.

Frank Boli “Qarabağ”la görüşün 17-ci dəqiqəsində hesabı açıb. 34-cü dəqiqədə isə Ovusu Kvabena bərabərlik qolunu vurub. Cavab matçı avqustun 9-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43