Ölkə futbolu

“Şamaxı”dan daha bir transfer – RƏSMİ

“Şamaxı” növbəti transferi reallaşdırıb.

İdmanxeber.az xəbər verir ki, yarımmüdafiəçi Əli Səmədov 1  il bölgə təmsilçisinin formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçunun son klubu “Kəpəz” olub. O, bir neçə ay əvvəl baş məşqçi Tərlan Əhmədovun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

“Şamaxı” daha öncə hücumçu Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə müqavilə yeniləyib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43