Ölkə futbolu

Samir Abasov: “Avrokuboklara vəsiqə qazansaq, məmnun olarıq”

“Azarkeşlərimizi təbrik edirəm. Bu qələbədə onların da payı var. Futbolçularımı da təbrik etmək istəyirəm. Matçdan öncə ajiotaj o yerə çatmışdı ki, bu, bizi öz oyunumuzdan çıxara bilərdi. Futbolçular sağ olsunlar. Söz-sözbətlərə adekvat cavab verdik və öz oyunumuzdan dönmədik. Rəqibin oyununu pozmağı və özümüz oynamağa çalışdıq. Bu qalibiyyəti sürücümüzə həsr edirəm. Ağır əməliyyat keçirib. Bu da onun üçün sevinc payı olsun” 

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Turan Tovuz” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Bir oyun qələbə qazanmaq nəyisə təmin etmir. Turmir cədvəlində sıxlıqdır. Amma qələbə komandanı ayaqda saxlayır. Bu gün bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil. Başımızı başlara qoşmuşuq, bəzilərinin planlarını alt-üst etmişik. Yalnız bir rəqibə qarşı oynamırıq, bir çox klublara qarşı mübarizə aparırıq. Avrokuboklara vəsiqə qazansaq, məmnun olarıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43