Dünya futbolu

Samir Abasov “Dinamo” Zaqrebin düşərgəsində – FOTO

“Sumqayıt”ın baş məşqçisi Samir Abasovla, akademiyanın koordinatorları Baba Əsgərov və Sabir Əliyevin məşhur Zaqreb “Dinamo”suna yollanması barədə məlumat vermişdik.

İdmanxeber.com-un məlumatına görə, dünən məşqçilər Xorvatiya klubunun məşqini izləyib. Ardınca baş məşqçi Samir Abasov təcrübə toplamaq məqsədi ilə həmkarı, adıçəkilən klubun çalışdırıcısı İvaylo Petevlə görüşüb və onun iş sistemi ilə yaxından maraqlanıb.

Daha sonra məşqçilər “Dinamo”nun akademiyasının rəhbəri İvo Şuşakın qonağı olub. Görüş zamanı mütəxəssislər akademiyanın ümumi sistemi və aşağı yaş komandalarının strukturu ilə tanış olublar.Image may contain: 8 people, people smiling, people standing and indoor


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43