Ölkə futbolu

Samir Abbasov: “Zirə” ilə oyunda qələbə qazanmağımız bizə…”

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt” “Kapital Bank Arena”da “Qarabağ”la qarşılaşıb. 

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə Ağdam təmsilçisi qələbə qazanıb.


“Sumqayıt klubunun baş məşqçisi Samir Abbasovun oyunsonrası fikirləri: “Bilmirəm, “Zirə” ilə oyunda qələbə qazanmağımız bizə mane oldu, yoxsa “Qarabağ”ın adı. Bu gün meydanda yalnız “Qarabağ” vardı. Ona görə də qələbə münasibəti ilə rəqibi təbrik etdik. Komanda olaraq zəif oynadıq. Məğlubiyyəti yalnız Vaqif Cavadovun və ya Ayaz Mehdiyevin zəif çıxışı ilə bağlamaq olmaz”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43