Ölkə futbolu

“Səbail” baş məşqçisi ilə yollarını ayırdı

“Səbail” U-17-də baş məşqçi dəyişikliyi baş verib.

İdmanxeber.com-un məlumatına görə, klub U-17 komandasının baş məşqçisi, eyni zamanda əsas komandanın məşqçilər korpusunda yer alan İlqar Hüseynovla yolları ayrıb.

Komandanın yeni baş məşqçisinin adına da aydınlıq gəlib. Belə ki, U-17-ni bundan sonra Asif Ramazanov çalışdıracaq. Yeni baş məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Asif Ramazanovun son iş yeri “Sumqayıt” klubunda əvəzedicilərin baş məşqçisinin köməkçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43