Kateqoriyasız

Serbiya yığmasının avtobusu Albaniyada daşa basıldı

AVRO-2016-nın seçməqrup matçı üçün Albaniyaya gələn Serbiya yığmasının avtobusu daşa basılıb.

İdmanxber.com xəbər verir ki, hadisəpaytaxt Tiranadakı hoteləgedən yolda baş verib.

Serbiya Futbol Federasiyasının vitse-prezidenti Savo Miloşeviç bildirib ki, avtobusun şüşəsi qırılsa da, heç kiməzərər dəyməyib: “Lakin futbolçular albaniyalı azarkeşlərin hərəkətindən şoka düşüblər”.

Hadisəiləbağlı Serbiya Xarici işlər Nazirliyi Albaniyanın Belqraddakı səfiri İlir Boçkanı nota təqdim etmək üçün çağırsa da, rədd cavabı alıb. İ.Boçka heç nəyin baş vermədiyini bildirib.

Bu gün Serbiya millisi Tiranadan oyunun keçiriləcəyi Elbasan şəhərinəyola düşəcək. Avtobusu polis avtomobilləri müşayiət edəcək. Oyun isəBakı vaxtı iləsaat 23:45-dəbaşlanacaq. 

Qeyd edək ki, ötən il oktyabrın 14-dəBelqradda keçirilmiş Serbiya – Albaniya matçı ilk yarının sonlarında stadion üzərində”Böyük Albaniya” bayrağı bağlanan pilotsuz aparatın peyda olmasından sonra dayandırılıb. Meydançaya enən bayrağı serbiyalı futbolçulardan biri dartıb atmaq istərkən, albaniyalılar müdaxiləedib. Bu zaman iki komandanın futbolçuları arasında kütləvi dava düşüb. UEFA Albaniya yığmasına 0:3 hesablı texniki məğlubiyyət verib, Serbiya yığmasının aktivindən 3 xal silinib vənövbəti 2 ev oyununu azarkeşsiz keçirməsinəqərar verilib.(Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43