Kateqoriyasız

“Simurq”la görüş Flavinyo üçün əlamətdar olub

Topaz Premyer Liqasının IV turu “Neftçi”nin futbolçusu Flavinyo üçün yubileylə əlamətdar olub. Braziliyalı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində 150-ci oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “Simurq”la qarşılaşmayadək 149 görüşə çıxan legioner kapitanı olduğu komandanın 2:1 hesablı qələbəsinə şahid olub.

Ötən mövsüm 100-cü çempionat matçını keçirən Flavinyo ölkə kuboku,avrokuboklar və Superkubokla birlikdə növbəti yubileyini qeyd edib. “Neftçi”nin hazırki heyətində bu göstəricidə 1-ci olan braziliyalı bu qarşılaşmalarda 36 dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43