Ölkə futbolu

“Son 4 turda qələbə qazanmaqdan başqa yolumuz yoxdu” – Emin Mahmudov

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov komandasının azarkeşlərinə müraciət ünvanlayıb.

O, sosial şəbəkə hesabında “Səbail”lə heç-heçədən (2:2) sonra belə bir status paylaşıb:

“Əziz “Neftçi” azarkeşləri! Biz də sizin kimi bir hədəf – çempion olmaq üçün yaşayırıq! Buna görə də sizin məyusluğunuzu anlayıram! Bizim son 4 turda qələbə qazanmaqdan başqa yolumuz yoxdur! Sizsiz bunu həyata keçirmək çox çətin olacaq! Gəlin, geridə qalan 24 turda olduğu kimi, yenə də birlikdə olaq! Biz uzun yol keçmişik, artıq son addımlar qalıb! 4 tur! Birlikdə olaq və inşallah hədəfimizə çataq!

Biz meydanda vuruşacağıq, siz isə bizim dayağımız olacaqsız! Forza “Neftçi”!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43