Ölkə futbolu

SON ANDA: “İdman Azərbaycan”dan geri addım

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Simurq” matçı İdman Azərbaycan kanalı vasitəsi ilə canlı yayımlanmalı idi.

İdmanxeber.com-un məlumatına görə, hətta oyun kanalın proqramına salınmışdı. Məlum olmayan səbəblərdən “İdman Azərbaycan” “Qarabağ”ın oyununu canlı yayımlamaqdan imtina edib. 

Qeyd edək ki, 15 Fevral saat 18:00 da start götürəcək “Qəbələ” – “Neftçi”  oyunu İdman Azərbaycan kanalı vasitəsi  ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43