Dünya futbolu

“Spartak” 16 ildən sonra çempion oldu

“Spartak” növbəti dəfə Rusiya çempionu olub. Moskva təmsilçisinin əsas izləyicilərindən olan “Zenit”öz meydanında “Terek”ə uduzub (0:1) və üçüncü pillədə qalıb. Beləliklə, çempionatın bitməsinə 3 tur qalmış 63 xalı olan lider “Spartak”la ikinci yerdəki SSKA (53 xal) arasında 10,  “Zenit” (52 xal) arasında isə 11 xal fərq yaranıb.

Bu, “Spartak”ın 10-cu Rusiya çempionluğudur. Komanda son dəfə 2001-ci ildə yarışı birinci yerdə başa vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43