Kateqoriyasız

Superkubok: “Xəzər Lənkəran” və “Neftçi”dən azarkeşlərinə bəd xəbər

Xəbər verdiyimiz kimi, Superkubok oyununun tarixi və məkanı dəqiqləşdi.

Prinsipial rəqiblərin növbəti dueli blokada şəraitində olan Naxçıvanda keçiriləcək. Sözügedən qarşılaşmanın bu şəhərdə keçirilməsi heç də pis ideya deyil. Ancaq  “Xəzər Lənkəran” və  “Neftçi” arasında keçiriləcək Superkuboku bir çox azarkeş tribunadan canlı izləyə bilməyəcək. Çünki hər iki tərəfin rəsmiləri Naxçıvana azarkeş aparmaq fikrində deyillər. 

Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasındas bildirib ki, hələ komandanın hansı təyyarə ilə Naxçıvana uçacaqları, hansı oteldə məskunlaşacaqları məlum deyil. Klubun vitse-prezidenti Tuyqun Nadirov isə bildirib ki, Naxçıvana azarkeş aparmaq fikirləri yoxdur. 

“Neftçi”nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə isə qeyd edib ki, böyük ehtimalla Naxçıvana azarkeş aparmayacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43