Ölkə futbolu

“Şüvəlan” “Qaradağ Lökbatan”ı 3 qolla məğlub etdi

“Şüvəlan” növbəti yoldaşlıq oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, evdə “Qaradağ Lökbatan”la qarşılaşan qəsəbə təmsilçisi 3:1 hesablı qələbə qazanıb. “Şüvəlan”ın qollarına Orxan Səfiyaroğlu, Fuad Məmmədzadə və Şahin Əliyev imza atıb.

Qeyd edək ki, “Şüvəlan” bundan öncə keçirdiyi hazırlıq görüşlərində “Zirə”nin əvəzedici heyətini 5:0, “Sumqayıt”ın əvəzedicilərini 2:0 hesabı ilə məğlub edib, “Neftçi”yə isə 0:2 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43