Kateqoriyasız

“Tiraspol” – “İnter” matçının da hakimləri bəlli oldu

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Tiraspol” – “İnter” matçının baş hakiminin adı açıqlanıb.

İdmanxeber.com-un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Moldovada baş tutacaq oyunu xorvatiyalı referi Ante Vuçemiloviç idarə edəcək.

Qeyd edək ki, iyulun 3-də Tiraspolda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43