Kateqoriyasız

“Traktorsazi” Azərbaycanı sevindirməkdə davam edir (VİDEO)

Asiya Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun oyunları start verilib.

İdmanxeber.com-un məlumatına görə, Təbrizin “Traktorsazi” klubu qrupun ikinci oyununda səfərdə BƏƏ-nin “Əl Cəzirə” klubu ilə qarşılaşıb. Qrupun ilk oyununda qələbə qazanan “al qurdlar” “Əl Cəzirə” səfərində də 3 xlaı bayram edən tərəf olub.

Belə ki, Bəxtiyar Rəhmaninin 32-ci dəqiqədə vurduğui qol matçda yeganə olub və bununlada Təbriz klubu 2 oyunda maksimum nəticə ilə qrup liderliyində qərarlaşıb.

Qeyd edək ki, “Traktorsazi” növbəti matçını martın 15-də səfərdə Özbəkistan “Paxtakor”una qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43