Ölkə futbolu

“Turan Tovuz” “Zirə”ni məğlub etdi – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

İdmabxeber.az-ın məlumatına görə, “Turan Tovuz” “Zirə”ni qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma ev sahibinin qələbəsi ilə sona çatıb -1:0.

Bu nəticənin ardından Tovuz klubu 19 xalla 8-ci, paytaxt təmsilçisi 29 xalla 2-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XVII tur

18:00. “Turan Tovuz” – “Zirə” 1:0

Qol: Fərid Nəbiyev, 74
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43