Yeni mövsümə hazırlıqlarını davam etdirən “Sumqayıt” yeni Vüsal İsgəndərlini heyətinə qatıb.
İdmanxeber.az-a daxil olan məlumata görə, son olaraq Türkiyənin “Keçiörəngücü” klubunda çıxış etmiş futbolçu ilə bu gün rəsmi müqavilə imzalanacaq.
Müqavilənin müddəti 1 illikdi.
Qeyd edək ki, Vüsal İsgəndərlinin “Keçiörengücü” ilə müqaviləsinin müddəti mayın sonunda qüvvədən düşüb.