Kateqoriyasız

Türklərdən böyük iddia: Mustafa Dənizli “Trabzonspor”a gedir?

Türkiyə mətbuatı “Trabzonspor”un baş məşqçisi postundan istefa verən Mustafa Reşit Akçayın yerinə ən real namizəd kimi “Xəzər Lənkəran”ın çalışdırıcısı Mustafa Dənizlini görürlər.

İdmanxeber.com-un məlumatına görə, Trabzon təmsilçisinin prezidenti İbrahim Hacıosmanoğlunun yaxın günlərdə 64 yaşlı mütəxəssislə görüşəcəyi deyilir.

Trabzon klubunun digər rəsmiləri də, indiki durumda yalnız Dənizlinin komandanı ayağa qaldıra biləcəyini düşünürlər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43