Dünyadan

Tyeri Anri “Arsenal”ın baş məşqçisi oldu

Fransa millisi və “Arsenal”ın sabiq futbolçusu Tyeri Anrinin yeni iş yeri bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, veteran futbolçu “Arsenal”da çalışacaq.

O, London klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 38 yaşlı Anri  “Arsenal”dan başqa “Monako”, “Yuventus”, “Barselona” və “Nyu York Red Bulls” kimi komandalarda da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43