İdman

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.com-un məlumatına görə, FIFA referisi UEFA Gənclər Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Moskva) – “Benfika” matçını idarə edəcək.

Ona bu işdə Akif Əmirəli ilə Rza Məmmədov yardım edəcək. Dördüncü hakim funksiyasını isə Aleksandra Ponimoryava yerinə yetirəcək.

Azərbaycanlı hakimlər briqadasının işinə rusiyalı hakim-inspektor Yuri Baskakov qiymət verəcək. Oyunun UEA nümayəndəsi qazaxıstanlı Oljas Abrayev olacaq.

Qeyd edək ki, martın 7-də Moskvada keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə 17:00-da səsləndiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43