Ölkə futbolu

Vaqif Cavadov: “Ona verilən cəza daha da sərt ola bilərdi”

“Neftçi 2″nin hücumçusu Ağadadaş Salyanskinin AFFA tərəfindən 4 oyunluq cəzalandırılmasından xəbərdarsınız. Buna səbəb futbolçunun “Sumqayıt 2” ilə görüşdə qeyri-etik hərəkət etməsi olub.

Məlumata görə, Salyanski rəqibin baş məşqçisi Vaqif Cavadova qarşı bu davranışı sərgiləyib. Məsələyə aydınlıq gətirmək üçün millimizin sabiq üzvü ilə əlaqə saxladıq:

“Həmin hərəkətin mənə qarşı olub-olmamasını bilmirəm. Ancaq ehtiyat skamyamıza tərəf belə bir davranış etdi. Qətiyyən düzgün hərəkət deyildi. Təəssüf ki, oyundan sonra gəlib üzrxahlıq da etmədi. Ona verilən cəza daha da sərt ola bilərdi. Çünki bir baş məşqçiyə qarşı belə hərəkət etmək olmaz. Üstəlik gənc futbolçunun bu cür qeyri-etik hərəkət etməsi çox pis haldır. Bəyəndiyim, istedadlı oyunçu idi. Ancaq bundan sonrakı karyerasının necə olacağını bilmirəm”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43