Dünyadan

“Vilyarreal” “Barselona”nın üzvünü transfer etdi

“Barselona”nın yarımmüdafiəçisi Conatan Dos Santos karyerasını “Vilyarreal”da davam etdirəcək. 24 yaşlı meksikalı futbolçunun “sarılar”la müqaviləsi 2019-cu ilə kimi nəzərdə tutulub.

İdmanxeber.com-un məlumatına götə, “Cadena Ser”in xəbərinə görə, bu transferə görə “Vilyarreal” katalon klubuna 1,5 milyon avro ödəyəcək. Bundan əlavə əgər komanda Çempionlar Liqasına vəsiqə qazanarsa, onlar “Barselona”ya daha 500 min avro ödəməli olacaq.

Maraq üçün qeyd edək ki, “Vilyarreal”da Conatanın qardaşı Covanni Dos Santosda çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43