Dünya futbolu

Volkov və Seymurdan ilk

“Sabah”ın futbolçuları Davit Volkov və  Seymur Məmmədov üçün Azərbaycan Premyer Liqasının 4-cü turunda “Qəbələ” ilə oyun (2:0) əlamətdar olub.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, gürcüstanlı forvard Qəbələ səfərində komandanın heyətində ilk qoluna imza atıb. Volkov buna “Sabah”dakı 4-cü rəsmi oyununda nail olub.

Seymur Məmmədov isə “Qəbələ” ilə görüşdə “Sabah”ın əsas komandasında debüt edib. 19 yaşlı yarımmüdafiəçi matçın 90+5-ci dəqiqəsində Aleksey İsayevin yerinə meydana daxil olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43