Ölkə futbolu

“Xəzər Lənkəran” hazırlıqlara başladı

Topaz Premyer Liqasının IV turunda keçirilən “Böyük oyun”dan sonra bir günlük sərbəst buraxılan “Xəzər Lənkəran” komandası istirahətini yekunlaşdıraraq doğma şəhərdə toplanıb. Ağ-yaşıllar” dünən, avqustun 27-də saat 18:00-da baza-otelin iclas zalında komandanı qısa yığıncağını keçirib.

“Neftçi” ilə qarşılaşmada qurulan taktiki sxemin dəyişilərək “Qəbələ” ilə matça uyğun qurulmasınının sxemini nəzəri cəhətdən futbolçulara anladan Con Toşak sonradan komandanı ehtiyat meydançada məşqə çıxarıb. Hazırlıq prosesi əsasən fiziki çalışmalardan ibarət olub. Avqustun 25-də baş tutan “Böyük oyun”da “Neftçi”nin futbolçusu Araz Abdullayev tərəfindən kobudluğa məruz qalaraq zədələnən Mbilla Etame fərdi məşqlə kifayətlənib. Braziliyalı qapıçı Duqlas Leyteni isə artıq zədəsini sağaldaraq komanda ilə birgə məşqlərə başlayıb.

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın V turu çərçivəsində avqust ayının 31-də səfərdə “Qəbələ” klubunun qonağı olacaq.

Mənbə: 12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43