Kateqoriyasız

“Xəzər Lənkəran” məşqlərə itki ilə davam edir

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” hazırlığını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “Metallurq”la yoxlama görüşündən sonra 1 gün istirahət edən təmsilçimiz bugün məşqlərini bərpa edib.  

Hazırda komanda üzvlərindən mərkəz müdafiəçisi Rasim Ramaldanov zədədən əziyyət çəkir. Bakıda müalicə alan oyunçunun düşərgəyə nə vaxt qoşulacağı bəlli deyil. Bundan başqa qapıçı Orxan Sadıqlı da ayağından əməliyyat olduğu üçün məşqlərdə iştrak etmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43