Kateqoriyasız

“Xəzər Lənkəran” “Qarabağ” üçün hazırlaşır

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qarabağ”ın qonağı olacaq “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıllar” ötən gün Lənkəranda son məşqinə çıxıb. Komanda bu gün səhər saatlarında paytaxtda yollanacaq və axşam saatlarında isə qarşılşamanın keçiriləcəyi stadionda oyunöncəsi son hazırlığını keçəcək.

Qeyd edək ki, “Qarabağ” – “Xəzər Lənkəran” matçı dekabrın 6-sı saat 17:30-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43