Kateqoriyasız

“Xəzər Lənkəran” rəhbərliyi həbsdə olan azarkeşlərlə bağlı appelyasiya üz tutur

Ötən ilin avqust ayında Lənkəran stadionunda baş verən hadisələrə görə həbs olunan və bir neçə ay sonra xuliqanlıq ittihamı ilə məhkəmə tərəfindən 3-il müddətinə azadlıqdan məhrum edilən azarkeşlərimizlə bağlı yeni xəbər var.

İdmanxeber.com 12cioyuncu.info azarkeş saytına istinadən xəbər verir ki, “Xəzər Lənkəran” klubunun təşəbbüsü ilə klub rəhbərliyi və azadlıqdan məhrum olunan azarkeşlərin ailə üzvləri arasında aprelin 5-də görüş keçirilib. Görüş zamanı azarkeşlərin ailələrinin qayğıları və problemləri ilə maraqlanan klub nümayəndələri tərəfindən maraqlı açıqlama verilib. Belə ki, həbsdə olan azarkeşlərin günahsız olduqlarına inandığını və məhkəmə prossesi zamanı heç bir konkret arqumentin ortaya qoyula bilinməməsini əsas götürərək “Xəzər Lənkəran” klubunun rəhbərliyi appelyasiya yolu ilə cinayət işinə yenidən baxılaraq futbolsevərlərin tezliklə azadlığa çıxmasını təmin etməyə çalışılacağını bildirib. Xatırladaq ki, bu il fevral ayının 12-də məhkəmənin qapalı toplantısında həmin günə qədər həbsdə olan 7-azarkeşdən üçü Zaur Ərəbov, Elman İbrahimli və Əli Aslanov məhkəmə zalından azadlığa buraxılmışsalar da, digər dörd azarkeş;- Rəfail Əkbərov, Aqşin Əkbərov, Elçin Abdullayev və Elman Tağıyev Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum olunmuşlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43