Kateqoriyasız

“Xəzər Lənkəran” “Sumqayıt”a şans tanımır (Statistika)

“Xəzər Lənkəran” Premyer Liqanın XXVII turu çərçivəsində aprel ayının 1-də “Fırtınalar meydanı”nda  “Sumqayıt” klubu ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın Sumqayıt şəhərini təmsil edən futbol klubları ilə ümumilikdə 25-ci matçı olacaq. Qeyd edək ki,  2004-cü ildən bəri “Xəzər Lənkəran” komandası Sumqayıtın “Gənclərbirliyi”, “Standard”, “Sumqayıt Şəhər” və “Sumqayıt”  klubları ilə üst-üstə 24-dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 16-da qalib gələn komanda iki dəfə – 2013-cü il may ayının 13-də ilk və cari mövsümün 16-avqust tarixində ikinci dəfə Sumqayıt təmsilçilərinə məğlub olub.  Cütlüyün 6-matçında qalib müəyyənləşməyib. “Xəzər Lənkəran” Sumqayıt təmsilçilərinin qapısından keçirdiyi 56-topun qarşılığında öz qapısında cəmi 16-top görüb. Onu da əlavə edək ki, cütlüyün indiyə qədər keçirdiyi 23-oyunundan 21-görüşü çempionat və cəmi 2-si  kubok matçları olub.
Cütlüyün qarşıdurmalarında 16-rəqəmi ilə maraqlı məqamlara diqqət yetirək.qalib gəlib. İndiyə qədər komandamız qapısından 16-top buraxıb, son səfər qələbəmiz 16.03.2014 tarixində baş verib, son ev məğlubiyyətimiz 16.08.2014 tarixində qeydə alınıb. Ev məğlubiyyətindəki oyunda ilk hissənin bitiminə 16-dəqiqə qalmış qapıçı Orxan Sadıqlı qırmızı vərərə almış və eyni dəqiqədə də “Sumqayıt” penaltidən fərqlənib. Hər iki komandanın əsas heyətinin PFL-ə təqdim etdiyi sifariş ərzisində 16-nömrəli futbolçu yoxdur.

Aşağıda  Sumqayıt şəhərini təmsil edən futbol klubları ilə “Xəzər Lənkəran”ın oyunlarının tam statistikası təqdim olunur:
 
Mövsüm Turnir Rəqib o  q  h m vt bt
2004/05 Çem Gənclərbirliyi 1 1 0 0 6 0
2004/05 Çem Gənclərbirliyi 1 1 0 0 5 0
2005/06 Çem Gənclərbirliyi 1 0 1 0 0 0
2005/06 Çem Gənclərbirliyi 1 1 0 0 1 0
2006/07 Çem Gənclərbirliyi 1 1 0 0 3 0
2006/07 Çem Gənclərbirliyi 1 1 0 0 3 1
2007/08 Çem Gənclərbirliyi 1 1 0 0 2 1
2007/08 Kub Gənclərbirliyi 1 1 0 0 4 1
2007/08 Kub Gənclərbirliyi 1 1 0 0 5 0
2007/08 Çem Gənclərbirliyi 1 1 0 0 5 0
2009/10 Çem Standard 1 1 0 0 2 1
2009/10 Çem Standard 1 0 1 0 0 0
2011/12 Çem Sum.şəhər 1 1 0 0 2 1
2011/12 Çem Sumqayıt 1 1 0 0 3 0
2012/13 Çem Sumqayıt 1 0 1 0 1 1
2012/13 Çem Sumqayıt 1 0 1 0 2 2
2012/13 Çem Sumqayıt 1 0 1 0 0 0
2012/13 Çem Sumqayıt 1 0 0 1 0 1
2013/14 Çem Sumqayıt 1 0 1 0 1 1
2013/14 Çem Sumqayıt 1 1 0 0 4 3
2013/14 Çem Sumqayıt 1 1 0 0 1 0
2013/14 Çem Sumqayıt 1 1 0 0 4 1
2014/15 Çem Sumqayıt 1 0 0 1 0 1
2014/15 Çem Sumqayıt 1 1 0 0 2 1

CƏM                                                                    24        16           6            2          56         16

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43