Ölkə futbolu

“Xəzər Lənkəran”da daha bir böyük şok

Sabah “İnter”lə qarşılaşacaq “Xəzər Lənkəran” daha bir ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun aparıcı üzvlərindən olan Adrian Skarlatake də zədələnərək sıradan çıxıb. Rumıniyalı futbolçunun “İnter”lə oyunda böyük ehtimalla meydana çıxmayacağı gözlənilir. “Ağ-yaşılar” Adrian Pitin yenidən komandanın sıralarına dönməsi ilə təsəlli tapır. Sol cinah futbolçusu Mustafa Dənizli şans verəcəyi halda “İnter”lə oyunda meydana çıxa bilər.

Qeyd edək ki, bundan öncə “Xəzər Lənkəran”da Rasim Ramaldanov və Rahid Əmirquliyev də zədə səbəbindən bir müddətdir ki, “Xəzər Lənkəran”a kömək edə bilmirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43