Ölkə futbolu

“Xəzər Lənkəran”ın futbolçusu evlənir

“Xəzər Lənkəran” ın aparıcı heyət üzvlərindən olan Sadio Tounkara subaylığın daşını atır.

Yanvarın 3-də Malili futbolçu özünə toy edəcək. “Xəzər Lənkəran” azarkeşlərinin sevimli futbolçusu öz vətənindən olan bir xanımla ailə həyatı quracaq. Tounkaranın toyuna komanda yoldaşlarından kimlərisə də dəvət edəcəyi istisna olunmur lakin bu haqda dəqiq məlumatımız yoxdur.

Qeyd edək ki, “Xəzər Lənkəran” azarkeşləri futbolçunu Azərbaycanda evləndirmək istəsələr də, futbolçu seçimini öz vətənindən edib.

Qafqazinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43