Ölkə futbolu

“Xəzər Lənkəran”ın mətbuat xidmətindən azarkeşlərinə daha bir sevindirici xəbər – ÖZƏL

“Xəzər Lənkəran” Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Cənub klubu yanvarın 18-də növbəti yoldaşlıq oyununu keçirəcək. Təmsilçimiz Qardaş ölkənin “Gənclərbirliyi” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 11:00-da start götürəcək. Cənub təmsilçisi bu oyunu da rəsmi sayt vasitəsilə canlı yayımlamaq fikrindədirlər. Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. 

Qeyd edək ki, “Xəzər Lənkəran” ilk yoldaşlıq oyununda “Çaykur Rizəspor”la sülh bağlayıb – 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43