İdman

Yunis Hüseynov istəmədi, “Keşlə” aldı

Azərbaycan Premyer Liqasında fasilənin yaranmasına və qış transfer pəncərəsinin açılmasına şübhəsiz ən çox sevinən klub “Keşlə” ola bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, bu qış transfer qadağası aradan qalxan qəsəbə təmsilçisi artıq hərəkətə keçib. Kamran Ağayev və argentinalı Pablo Podiosu heyətinə qatmağın bir addımlığında olan paytaxt klubu “Neftçi”dən ayrılan Məqsəd İsayev transferində də son aşamadadı. Futbolçu yaxın günıərdə rəsmən “Keşlə”nin üzvü olacaq.

Məlumatı saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov də təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Məqsədin “Kəpəz”ə keçmək variantı olsa da, baş məşqçi Yunis Hüseynov onun xidmətində maraqlı olmadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43