İdman

Zaur Əzizov: “Biz futbolçunun sənədinə yox, keyfiyyətinə fikir veririk”

“Aqil Məmmədov getmək istədi, biz də mane olmadıq. Bu onun istəyi idi”.

İdmanxeber.com-a açıqlamasında bu sözləri “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.  “Qəbələ”dən ayrılaraq “Neftçi”nin yolunu tutan qolkiper Aqil Məmmədovun əvəzinə qapıçı axtarışlarını davam etdirdiklərini söyləyən klub rəsmisi, yaxın günlərdə yeni çərçivə qoruyucusunun adına aydınlıq gələcəyini bildirib: “Axtarışlarımız davam edir. Konkret ad çəkə bilmərəm. Qapıçının yerli olub-olmayacağını deyə bilmərəm. Biz futbolçunun sənədinə yox, keyfiyyətinə fikir veririk”.

Zaur Əzizov bundan sonra da komandadan gedən futbolçuların olacağını istisna etməyib: “Əgər kimsə getmək üçün bizə müraciət etsə, öz şərtlərimizi irəli sürəcəyik.” 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43