Dünyadan

“Zenit”in forvardı Premyer Liqada – 21 milyon avro qarşılığında

“Zenit” hücumçusu Salomon Rondon karyerasını İngiltərədə davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, Sankt-Petersburq təmsilçisi hücumçusunu İngiltərə Premyer Liqası təmsilçisi “Vest Bromviç”ə satıb.

25 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün “Vest Bromviç” “Zenit”ə 21 milyon avro təzminat  ödəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43