Dünya futbolu

Ziko: “Aziz Yıldırıma “ağılsız olan sənsən” dedim”

“Fənərbaxça”nın sabiq baş məşqçisi Ziko və klubun əfsanəsi Aleks De Souza ölkə mətbuatına maraqlı mesahibə veriblər:

Aleks: “Fənərbaxça”ya 2004-cü ildə gəlmişəm. Həmin il bizdən mütləq çempionluq tələb olunurdu. Çox yaxşı heyətimiz var idi. Daha sonra komandaya Ziko gəldi. Möhtəşəm işlər gördük. Qarşısıalınmaz bir komanda yaratmışdıq.

“Fənərbaxça” – “Qalatasaray” derbisi mənə görə dünyanın bir nömrəli oyunudur. 15 gün davam edən yeganə matçdır. Çünki bu oyun 15 gün qabaqdan danışılıb, oynanmağa başlar”.

Ziko: Ora gəldiyim ilk ilimdə çempionluq tələb etdilər. Hətta müqavilimdə komandanı çempion etməsəm göndəriləcəyim bildirilmişdi. Çox qəribə idarəetmə anlayışları var. Bir dəfə “Qalatasaray” derbisində hesabda geridəydik. Deivid qırmızı vərəqə alaraq meydandan qovuldu. Oyuna həmlə etmək üçün Kezmanı meydana daxil etdim. Müqaviləsindən xəbərim yox idi. Sən demə oyunçu limiti doldurubmuş. Əlavə bir oyun keçirtdiyi təqdirdə 50 min dollar daha alacaqmış. Həmin oyunu qazandıq. Hər kəs çox sevincli idi. Oyundan sonra Azız Yıldırım yanıma gələrək “Mənə 50 min dollar borcun var, belə ağılsızlıq etməməliydin” dedi. Mən də ona “Ağılsız sənsən ki, belə bir müqavilə bağlamısan”dedim.  Bu sözümü tərcüməçinin ona dediyinə inanmıram. Çünki orada hər kəs ondan qorxurdu. Həmin gün soyunub-geyinmə otağında onunla xeyli mübahisə etdik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43