Kateqoriyasız

“Zirə” qış fasiləsində daha da güclənib” – paytaxt klubunun kapitanı

“Zirə” ilə Azərbaycan Kubokunda iki dəfə qarşılaşmışıq və məğlub olmuşuq”

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Səbail”in kapitanı Rahid Əmirquliyev deyib. Təcrübəli yarımmüdafiəçi Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə ilk oyunu ərəfəsində klubun rəsmi saytına açıqlama verib. Rahid sabahkı görüş barədə fikirlərini açıqlayıb:

“Lakin xatırlayıram ki, ikinci qarşılaşmamızdakı məğlubiyyətdə hakim səhvi var idi. Bunlar artıq keçmişdə qalıb. “Zirə” qış fasiləsində daha da güclənib. Düşünürəm ki, qış fasiləsindəki hazırlıqda topladığımız güc sayəsində əzmkar mübarizə apararaq, növbəti mərhələyə keçən komanda biz olacağıq”.

Qeyd edək ki, “Zirə” – “Səbail” qarşılaşması saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43