Ölkə futbolu

“Zirə” legioneri ilə yolları ayırdı

Başa çatan mövsüm “Zirə”nin heyətində çıxış edən daha bir legionerin taleyinə aydənlıq gəlib.

Ben Sanqare ilə danışıqlara yekun vurulub. Qarşılıqlı razılaşmaya əsasən, futbolçunun karyerasını başqa yerdə davam etdirməsinə qərar verilib.

“Nansi”nin yetirməsi olan Ben yeniyetmə yaşlarında Almaniyanın “Frayburq” klubunun ikinci komandasında da çıxış edib. Bundan sonra yenidən Fransaya dönən Seneqal əsilli 26 yaşlı cinah futbolçusu aşağı liqa klublarında forma geyinib. Sanqare “Zirə”yə qış fasiləsində transfer edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43