Ölkə futbolu

“Zirə” Türkiyəyə yollandı

“Zirə” növbəti mövsümə hazırlıq mərhələsində 3-cü yoxlama oyununu
keçirib.

 İdmanxeber.com-un məlumatına görə, “qartallar” AZAL-la üz-üzə gəlib.

ADBTİA-nın stadionunda keçirilən oyunda hesabı zirəlilər açıb. Yasin Həmid Fərqləndi. Bundan sonra rəqib iki qol vuraraq
hesabda irəli çıxdı. Oyunun sonlarında isə Vüsal İskəndərli bərabərlik qoluna
imza atdı – 2-2.

Bununla da, “Zirə” hazırlıq mərhələsinin ilk mərhələsini
başa vurdu. Komandamız sabah təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək.
İyulun 30-dək davam edəcək hazırlıq çərçivəsində “qartallar”ın daha üç yoxlama
oyununda qüvvəsini sınaması planlaşdırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43