Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan postunu tərk edə bilər.
İdmanxeber.com-un məlumatına görə, “Real” rəhbərliyi əgər “kral klubu” bugünkü finalda məğlub olacağı təqdirdə fransalı mütəxəssisin yerinə başqa çalışdırıcını gətirəcək. Belə ki, Madrid klubu “Sevilya”da tarix yazan Unai Emerinin xidmətlərində maraqlıdı.
Qeyd edək ki, İtaliyanın Milan şəhərində baş tutacaq final oyunu saat 22:45-də başlayacaq.

