Kateqoriyasız

Əliyar Ağayev Avroliqanın pley-off oyununda

Əliyar Ağayev UEFA-dan yeni təyint alıb.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, FİFA referisi UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Yaqelloniya” (Polşa) – “Gent” (Belçika) cütünün qalibi ilə “Mariupol” (Ukrayna) – “Bordo” (Fransa) qarşılaşmanın qalibi arasında avqustun 23-də keçiriləcək oyunun baş hakimi olacaq.

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43